“Heç kimi rahat buraxmayacağam”: Hakim partiyanın deputatı müxalifətlə birgə işləməkdən danışdıbackend

“Heç kimi rahat buraxmayacağam”: Hakim partiyanın deputatı müxalifətlə birgə işləməkdən danışdı

Ermənistan parlamentində Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunarkən hakim “Mülki müqavilə” partiyasından olan deputat Vilen Qabrielyan müxalifətlə əməkdaşlıq barədə danışıb.

KONKRET.az xəbər verir ki, deputat bildirib ki, siyasi proses çərçivəsində mövqeyindən asılı olmayaraq hər kəsi dinləməyə hazırdır.

“Əmin edirəm ki, Milli Assambleyanın tribunasından, xüsusilə də müxalifət deputatları çıxıb hər hansı problemi səsləndirməklə öz missiyalarını başa çatmış hesab etmələrinə imkan verməyəcəyəm. Əgər problemlər düzgün və mahiyyəti üzrə qaldırılarsa, onların həlli istiqamətində birlikdə və ardıcıl şəkildə çalışacağıq”, – Qabrielyan deyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*