“Heç kimin buna qarışmaq hüququ yoxdur” – Peskovbackend

“Heç kimin buna qarışmaq hüququ yoxdur” - Peskov

“KXDR-dən Rusiyaya silah tədarükünə dair heç bir sübut yoxdur, heç kim iki ölkə arasındakı münasibətlərə qarışa bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, uzun müddətdir davam edir, təkcə Britaniya kəşfiyyatı deyil, həm də Amerika kəşfiyyatıdır. Onlar bunu hər zaman heç bir sübut təqdim etmədən bildirirlər”, – deyə Peskov bildirib.

O, Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu olduğunu vurğulayıb.

“Biz ən yaxın qonşumuzla qarşılıqlı hörmətə əsaslanan münasibətləri davam etdirəcəyik və bu əlaqələri bütün sahələrdə inkişaf etdirəcəyik. Heç kimin buna qarışmaq hüququ yoxdur”, – deyə diplomat qeyd edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*