“Rusiya prezidenti Vladimir Putin heç vaxt administrasiya işçilərinə stasionar və ya mobil telefonla zəng etmir”.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
O, jurnalist Aleksandr Yunaşevlə söhbəti zamanı deyib ki, Kreml rəhbəri daim xüsusi əlaqə vasitəsindən istifadə edir.
Jurnalist “adminstrasiyanın əməkdaşları məzuniyyətdə olarkən Prezidentdən gələn zəngə cavab verməyə bilərlərmi?” sualını verib. Peskov cavabında deyib: “Prezident xüsusi əlaqədən istifadə edir”.
Peskov qeyd edib ki, elə bir qayda yoxdur ki, tətil, məzuniyyət zamanı bu cür xüsusi əlaqə vasitələri işə düşsün. Ona görə də, Rusiya Prezidentini adminstrasiyasının işçiləri məzuniyyət zamanı “iş proseslərindən tamamilə uzaqlaşmış” şəkildə istirahət edə bilərlər.
Rusiya Prezidentinin mətbuat katibi Yunaşevlə söhbəti zamanı həmçinin bildirib ki, xəbər aktivliyinin bir qədər azalmasına baxmayaraq, Putin bu yay hələ də məzuniyyətə çıxmayıb. Peskov etiraf edib ki, Rusiya liderinin məzuniyyət vaxtının az olması ona da təsir edir. Çünki o, Kreml rəhbəri ilə eyni həftələrdə məzuniyyətə çıxır.

Bu elə həmişə məzuniyyətdədir də onsuzda!Girib yerin altına gah o günlərə qaçır gah bu birinə heç bilirsən hansı özüdü hansı kopyası,bunun inanın bütün günü bax belə Dünyanı öz aləmində aldatmaqla keçir hələ o da qala dövlət işlərinə vaxt ayırsın! Rossnefti,Qazpromu hamısını bankrot elədi yaman günə qoydu Ukrainlər artıq Valdberisidə dağıtdılar ordan sıravi ruslar çörək pulu yenə qazanirdilar o da getdi!
Putin getməsə xeyri yoxdur o da heç gedənə oxşamır!