Həftədə iki dəfə xəstəxanaya gedir – Paşinyan nə olub?backend

Həftədə iki dəfə xəstəxanaya gedir - Paşinyan nə olub?

Ermənistan Baş naziri Nikol Paşinyan həftədə iki dəfə İrəvandakı “Nairi” Tibb Mərkəzində olur.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Paşinyan həmin tibbi mərkəzdə reabilitasiya sistemləri qəbul edir.

“Məhz bu səbəbdən tibb mərkəzinin fəaliyyəti iflic olub, demək olar ki, dayanıb. O, xəstəxanadan çıxmayınca xəstəxanın normal fəaliyyəti bərpa olunmur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın vəziyyətinin pisləşməsi səbəbindən xəstəxanaya düşdüyünü yazmışdı. Ermənistan hökumətindən isə bildirilmişdi ki, Paşinyan hər il tibbi müayinədən keçir və ötən həftə daha bir tibbi müayinə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*