Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Qəbələdə “N” saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak edib.
Konkret.az BAKU.WS-a istinadən xəbər verir ki, Vilayət Eyvazov hərbçilərə verilən mənzillərə baxıb. Hərbçilər və onların ailə üzvlərilə həmsöhbət olub.
Bu zaman hərbi qulluqçulardan birinin övladı Vilayət Eyvazova “Üçrəngli bayraq” şeirini deyib.
