Hərbçilərimizin Qazaxıstana göndərilməsi Azərbaycanla sərhəddəki vəziyyətə heç bir təsir göstərmir – Sarkisyanbackend

Hərbçilərimizin Qazaxıstana göndərilməsi Azərbaycanla sərhəddəki vəziyyətə heç bir təsir göstərmir - Sarkisyan

“Ermənistan sülhməramlılarının Qazaxıstana göndərilməsi Azərbaycanla sərhəddəki vəziyyətə heç bir təsir göstərmir”. 

KONKRET.az xəbər verir ki, bunu Müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.

“Bu baxımdan heç bir risk yoxdur, çünki Qazaxıstana göndərilən 100 əsgər sərhəddəki gərginlik məsələsində heç nəyi dəyişə bilməz”, – Sarkisyan bildirib.

Ermənilər Qazaxıstanda  ən vacib obyektləri qoruyacaqlar. Sarkisyan onların qayıtma tarixini açıqlamayıb, hərbçilərin məhdud müddətə orada olduğunu bildirib.

Xatırladaq ki, Ermənistan sülhməramlıları KTMT sülhməramlı kontingentinin tərkibində yanvarın 7-də Qazaxıstana gedib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*