backend

Hesablama Palatasının hesabatı parlamentin plenar iclasına tövsiyə olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabat müzakirəyə çıxarılıb.

KONKRET.az-ın xəbərinə görə, müzakirələrdən sonra hesabat parlamentin plenar iclasına tövsiyə edilib.

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Vüqar Gülməmmədov deyib ki, 2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ zəfərini siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirib.

O bildirib ki, bu gün təqdim etdiyi hesabat 2021-ci ildə planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, cari fəaliyyətlə bağlı bölmələri əks etdirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə vurğulayıb ki, 2021-ci ildə Azərbaycanda COVID-19-la mübarizə çərçivəsində vergi ödəyicilərinə 800,9 milyon manat vəsait xərclənib: “46 nəzarət tədbirinin həyata keçirilməsi planlaşmanın tam olaraq həyata keçirilməsinə nail olunduğunu deməyə əsas verir. Bütövlükdə Hesablama Palatasının 2021-ci ildə daha çox səmərəlilik auditinə üstünlük verməsi müsbət hal kimi dəyərləndirilir”.

İclasda parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri və deputatlar iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*