Hibrid müharibə nədir? – Ermənilərin yeni taktikası…backend

Hibrid müharibə nədir? – Ermənilərin yeni taktikası...

Hərbi müstəvidə məğlub olan Ermənistan Azərbaycana qarşı hibrid və assimetrik müharibəyə başlamaq niyyətindədir. 

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan tərəfindən Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olmaqdadı”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Hibrid müharibə nədir?

Hibrid müharibə (hybrid warfare) – təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Bu, müharibənin terror vasitəsilə aparılması metodudur.

Hibrid müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər. Rəsmi nöqteyi-nəzərdən sülh dövründə də hibrid müharibənin davam etdirilməsi mümkündür.

Hibrid müharibə asimmetrikdir, bir üfüqi və şaquli ox boyunca müxtəlif, çoxsaylı güc instrumentlərindən istifadə edir. Həmçinin dərəcələrin dəyişdirilməsi üçün müharibənin yaradıcılıq, qeyri-müəyyənlik, qeyri-xəttilik və məntiqi elementlərinə vurğu edir. Bu, hibrid müharibəni (opponentlərin qabiliyyətlərini deqradasiya etmək üçün birinin digərinin gücünə ya kəmiyyət, ya da keyfiyyət baxımından uyğunlaşdığı) tükəndirmə yanaşmalı müharibədən fərqləndirir.

Amma hibrid müharibə heç də assimetrik müharibə deyil. Hibrid müharibədə dövlət və qeyri dövlət aktorları iştirak edir. Assimetrik müharibədə isə mənzərə bir qədər fərqlidir.

Asimmetrik – qeyri-ənənəvi müharibə

Asimmetrik müharibə bir milli dövlətin ordusu tərəfindən aparılan ənənəvi müharibələrdən fərqli bir münaqişə forması hesab edilir. Bu baxımdan asimmetrik müharibə, əsasən, gizli müharibədir, partizan qrupları, dini kultlar, narkotik kartellər və hətta nizami silahlı qüvvələrin xüsusi qüvvələri kimi komponentlər tərəfindən aşağı intensivliklə keçirilir. Beləliklə, asimmetrik/qeyri-ənənəvi müharibə üzrə praktiki siyasət həyata keçirənlər arasında Sun Tzu, Lettov-Vorbeck, Laurens, Lenin, Mao və Çe Quevara, o cümlədən Karlos Marigella kimi müasir partizan (gerilla) liderləri var.

Assimetrik müharibə terrorla da eyniləşdirilir. Lakin terror bu müharibələrdə istifadə edilən taktikalardan biridir. Yəni, əslində terroru da özündə ehtiva edən hibrid və assimetrik müharibə daha dəhşətli və qeyri-insani metoddur.

Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*