Hindistanda dəhşətli yanğın – Ölənlər varbackend

Hindistanda dəhşətli yanğın - Ölənlər var

Hindistanın paytaxtı Yeni Dehlinin qərbində, Mundka metrostansiyası yaxınlığındakı binada yanğın baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 27 nəfər həlak olub.

Dehli Yanğınsöndürmə İdarəsinin rəisi Atul Qarq binanın birinci və ikinci mərtəbələrindən 20 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

O, yanğının miqyası səbəbindən ölənlərin sayının arta biləcəyini qeyd edib.

Yanğının səbəbi hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*