Hindistanda yaşlı kişi müsəlman olduğu üçün döyülərək öldürülüb.
KONKRET.az xəbər verir ki, 65 yaşlı ruhi xəstə hindistanlı kişi adının Məhəmməd və müsəlman olduğuna görə ölümçül döyülüb. Cinayəti törədən şəxs dəfələrlə onun adını soruşub. O, xəstə kişiyə adını dedikcə təkrar zərbələr endirib. Nəticədə ruhi xəstə qoca dünyasını dəyişib.
Cinayət törətməkdə ittiham olunan hindli milli ekstremist saxlanılıb.
Qeyd edək ki, Hindistanda islamafobiyanın qurbanı olan təkcə Məhəmməd deyil, onların sayı təəssüf ki, artmaqdadır.
Xuraman Etibarlı,
KONKRET.az
