Hindistanın qərbindəki daşqınlar 11 can aldıbackend

Hindistanın qərbindəki daşqınlar 11 can aldı

Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 11 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, ştatda sutka ərzində orta hesabla 32 mm yağıntı düşüb. Hindistan Meteorologiya Departamenti leysanın Qucaratda iyulun 3-ə qədər davam edəcəyini bildirib.

Ştatda kəndlərə giriş-çıxış yollarının su basması səbəbindən bağlandığı deyilir.

Hindistanın daxili işlər naziri Amit Şah bəyan edib ki, Qucarat hökuməti güclü yağışlar zamanı insanlara kömək üçün əlindən gələni edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*