Ukrayna Silahlı Qüvvələrinin Krımın şimalına endirdiyi zərbələr nəticəsində 2 nəfərin həlak olduğu, daha 1 nəfərin isə yaralandığı bildirilir. Bu barədə Rusiyanın bölgəyə təyin etdiyi rəhbər Sergey Aksyonov məlumat yayıb.
KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı yayılan görüntülərin rəsmi təsdiqi hələlik gözlənilir. Eyni zamanda, insidentin təfərrüatlarının başqa bir hadisə ilə əlaqəli ola biləcəyi də istisna edilmir.
Hazırda ərazidə vəziyyətin gərgin olduğu və məlumatların dəqiqləşdirildiyi bildirilir.
Natiq Səlim,
KONKRET.az
