backend

Hitler, Sezar, Stalin onun yanında “toya getməlidir” - AÇIQLAMA

Əvəz Zeynallı: “Kamal Abdulla haqda heç bir yerdə, heç bir formada tənqidi fikir səsləndirilə bilməz. Bu, hansı təfəkkürün məhsuludur, nə ziyalılıqdır, anlamaq olmur?!”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Dillər Universitetinin rektoru Kamal Abdulla arasında məhkəmə çəkişməsi davam edir. Qeyd edək ki, tərəflərin məhkəmə toqquşmasına ötən ay Kamal Abdulla tərəfindən işdən çıxarılan universitet əməkdaşlarının rektordan narazılığı barədə  “Xural” qəzetində dərc olunan məqalə səbəb olub. Əvəz Zeynallının təbirincə desək, universitet əməkdaşlarının rektoru məhkəməyə verməsi ilə bağlı məqalənin işıq üzü görməsi hörmətli professorun xoşuna gəlməyib və nəticədə o,  baş redaktoru Binəqədi Rayon Məhkəməsinə verib. Məlumat üçün bildirək ki, məqalədə şikayətçi müəllimələr  – 55 ilini universitetə həsr edən Elmira Baxşəliyeva, jurnalistika fakültəsinin sabiq  dekanı Vüsalə Ağabəyli, həmçinin Pərvin Mürsəlova qanunsuz şəkildə universitetdən xaric olunduqlarını və bu təhsil ocağının feodal qaydalarla idarə olunduğunu iddia ediblər.

Məsələ ilə bağlı Konkret.az-a açıqlamasında Əvəz Zeynallı məhkəməyə verilməsinin heç bir məntiqə sığmadığını bildirib:Bu hörmətli professor özünü respublikada toxunulmaz elan edib. Yəni onun haqda heç bir yerdə, heç bir formada tənqidi fikir, mənfi rəy səslənə bilməz. Bu, hansı təfəkkürün məhsuludur, nə ziyalılıqdır, anlamaq olmur?!”.

– Əvəz müəllim, şəxsən sizi Dillər Universitetindəki mühitdən və onun rektorundan narazı salan nədir ki, istər-istəməz bu hadisələrin mərkəzindəsiniz?

– Bununla bağlı çox məqama toxunmaq olar. Qısaca onu deyə bilərəm ki,  Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağını tam bir xəfiyyə məkanına çevirib. Universitetdə hər bir auditoriyaya və dəhlizlərə kamera qoyulması heç kəsə sirr deyil. Bundan əlavə divarlardan asılan şəkillərdə, hətta dibçəklərdə belə gizli səsyazan qurğular – “juçok”lar yerləşdirilib. Müəllim və tələbələrin sözlərinə görə, dinlənilmələr nəticəsində onların bəziləri  dəfələrlə rektorun otağına çağırılıb. Bu yaxınlarda daha 13 xanımın ərizəsi ortaya cıxacaq. Hansı ki, onlar əvvəllər birlikdə həm Prezident Administrasiyasına, həm də Mehriban xanıma hörmətli professordan şikayət ərizəsi yazıblar. Çox faciəli bir durumdur ki, bu adam elm məbədini  tiraniyaya çevirib. Hitler, Sezar, Stalin onun yanında “toya getməlidir”. Çünki Kamal Abdulla ziyalı deyil, qaranlığın digər adıdır. Biz görmüşük ki, məhkəmələrdə şikayətçi hansısa bir ifadənin, yaxud bir sözün ona xoş gəlmədiyini, təhqir olduğunu iddia edir və bunun çıxarılmasını istəyir. Kamal isə, ümumiyyətlə, deyir ki, sən danışdığın fikirdən imtina elə, yəni vətəndaşa bildirir ki, sənin düşünmə haqqın yoxdur. Kamal Abdulla, ümumiyyətlə, şikayəti təhqir sayır. Prezidentə və Mehriban xanıma vətəndaşın muraciəti onun üçün qəbuledilməz haldır. Bu məsələləri araşdırarkən daha bir qaranlıq məqam ortaya çıxdı. Sən demə, Prezident Administrasiyasına Kamal Abdulla haqqında göndərilən istənilən şikayət məktubunu Fatma Abdullazadənin yerinə təyin olunan Fərəh Əliyeva qəbul edir. Bu xanımın isə həyat yoldaşı ilə professor yaxın dostdur. Nəticə isə budur ki, şikayət məktubları geriyə – şikayət olunanın ünvanına qaytarılır. Yaxud tələbələr təhsil naziri Ceyhun Bayramova məktub göndərir, məktub qayıdır Kamalın üstünə. Bu vəzifə sahiblərinin nə ixtiyarı var ki, Prezidentə, vitse-prezidentə ünvanlanan məktubu şikayət olunanın üstünə yollayır? Sadaladıqlarım real faktlardır və bu insanın əməllərində cinayət tərkibi var. Buna isə bir “dur” deyən tapılmalıdır bu dövlətdə!!!

Elman Şirməmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*