Hörmüz boğazında tanker mərmi ilə vurulub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hadisə ilə bağlı Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi də məlumat yayıb.
Qurum Hörmüz boğazında bir gəmiyə mərmi dəydiyini, gəmi və ekipajın vəziyyətinin isə hələlik məlum olmadığını bildirib.
İranın Keşm dairəsinin rəhbəri Əmir Teymuri bildirib ki, hadisə yerli vaxtla səhər saat 05:00 radələrində baş verib.
İlkin məlumata görə, hücum nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
“Bu gün səhər saat 5:00-də ticarət gəmisi Henqam adası və Keşm adasının Şib-Deraz sahili ərazisində zərbəyə məruz qalıb”, – deyə o vurğulayıb.
Hörmüz boğazında baş verən son hadisə regionda gəmiçilik və enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb. Reuters-in məlumatına görə, boğazda gəmiçiliyə qarşı yeni hücum xəbəri qlobal neft təchizatı ilə bağlı riskləri artırıb.
Günay Əli
KONKRET.az
