Tbilisi prospektində qeyri-adi hal: “20 Yanvar”a “gedən” inək sürücüləri çaşdırdı – VİDEO backend

Tbilisi prospektində qeyri-adi hal: "20 Yanvar"a "gedən" inək sürücüləri çaşdırdı - VİDEO   

Paytaxtın əsas prospektlərindən birində sürücülər qeyri-adi mənzərə ilə qarşılaşıblar.

KONKRET.az “Avtosfer”ə istinadən xəbər verir ki, yolun hərəkət hissəsində qaçan inək avtomobillərin hərəkətinə mane olub.

Bildirilib ki, görüntülər Tbilisi prospektində, “20 Yanvar” metro stansiyası istiqamətində qeydə alınıb.

Nəzarətsiz qalan inəyin yolda hərəkət etməsi sürücülər üçün çətinlik yaradıb. Beləliklə, prospektdə sürücülər gözlənilməz “yol iştirakçısı” ilə üz-üzə qalıblar.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*