Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.
“Administrasiyada Ağ Evin aparat rəhbərinin müavini vəzifəsini tutan və ən yaxın məsləhətçilərimdən biri olan Stiven Millerin noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsinə keçəcəyini elan etməkdən məmnunam”, – deyə Tramp yazıb.
O, hazırda bu vəzifəni tutan Syuzan Uaylsın siyasi fəaliyyətlə bağlı qeyri-hökumət strukturunda başqa işə keçəcəyini də bildirib.
Qeyd edək ki, Donald Tramp oktyabrda Ağ Evin aparat rəhbərini dəyişdirmək niyyətində olduğuna dair məlumatları qəti şəkildə təkzib etmişdi./Oxu.az
