Gəncədə fəaliyyət göstərən “Omid Gəncə-3” mağazasında müdirin döyülməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, iddialara görə, şəbəkə rəhbərliyi mağazanın müdirini satışdan əldə olunan vəsaitləri mənimsəməkdə ittiham edib.
Onlar mağaza müdirini döyərək, müxtəlif vasitələrlə hədələyiblər.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, “Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs ediliblər. Onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.
