ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqres seçkilərindəki məğlubiyyətindən sonra kabinetində bəzi dəyişikliklər etməyi planlaşdırdığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, “CBS News” telekanalının “60 Dəqiqə” verilişinə müsahibə verən dövlət başçısı 3 noyabr seçkilərinin nəticələrini qiymətləndirib.
Tramp kabinet üzvlərindən kimsəni vəzifədən uzaqlaşdırmağı planlaşdırıb-planlaşdırmadığı barədə sualı cavablandırıb: “Bəli, palanlaşdırıram. Bir az. Kabinetimdən çox məmnunam, düşünürəm ki, hamısı yaxşı insanlardır. Amma yəqin ki, bir neçə dəyişiklik edəcəyəm!.
Trampın bu bəyanatı Stiven Millerin Suzi Uaylsın yerinə Ağ Evin Aparat Rəhbəri təyin olunmasından dərhal sonraya təsadüf edib.
