Hüsnü Mübarəkin ölümünə görə Azərbaycan höküməti başsağlığı verdibackend

Hüsnü Mübarəkin ölümünə görə Azərbaycan höküməti başsağlığı verdi

Bu gün Baş Nazirin müavini Şahin Mustafayev Misir səfirliyinə gələrək, Misir Ərəb Respublikasının 4-cü Prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Ş. Mustafayevi Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb.

Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycanla Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək, əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.

Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*