İbrahim Kalın Sallivan ilə müzakirə apardıbackend

İbrahim Kalın Sallivan ilə müzakirə apardı

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, danışıq zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə, Egey və Aralıq dənizində vəziyyət və digər regional məsələlər müzakirə edilib.

Bundan əlavə, Kalın “F-16” qırıcılarının tədarükü və modernizasiyasına dair Türkiyənin tələbinin ABŞ Konqresi tərəfindən təsdiqləmə prosesinin qeyd-şərtsiz tamamlanması ilə bağlı gözləntilərini ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*