İçərisi qızılla dolu tapılan bu çanta GÖRÜN KİMİN İMİŞ – VİDEObackend

İçərisi qızılla dolu tapılan bu çanta GÖRÜN KİMİN İMİŞ - VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altından yalnız insanlar deyil, çox məbləğdə pul və zinət əşyaları da çıxarılmaqda davam edir.

KONKRET.az xəbər verir ki, Kahramanmaraşda dəhşətli zəlzələlərdən sonra axtarış-xilasetmə işləri zamanı qızıl kəmərlərlə dolu çanta tapıldığı barədə məlumat vermişdik.

Xilasedicilər tapdıqları 78 kiloqram ağırlığında qızıl kəmərlərlə dolu çantanı polisə təhvil veriblər. Araşdırmalar zamanı bu qədər qızılın sahininin kim olduğu tapılıb.

Məlum olub ki, çanta dolu qızıl Kahramanmaraşın məşhur zərgəri İbrahim Zabuna aiddir. Lakin zəlzələ nəticəsində yaşadığı bina dağılan İbrahim Zabunun sağ qalıb, qalmadığı barədə hələ də bir məlumat yoxdur.

Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*