İki boksçumuz finala vəsiqə qazandıbackend

İki boksçumuz finala vəsiqə qazandı

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşləri keçirilib. 

KONKRET.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

48 kq-da Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib. O, finalda Oleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*