İki demokrat ABŞ-da “Prezident yarışını” tərk etdibackend

İki demokrat ABŞ-da “Prezident yarışını” tərk etdi

Kolorado senatoru Maykl Bennett və sahibkar Andrew Young Demokrat Partiyasından Birləşmiş Ştatların prezidentliyinə namizəd olmaq hüququ uğrunda yarışda iştirak etməyəcəklərini açıqlayıblar.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı CNN televiziyası yayıb.

Qeyd olunur ki, bu, Nyu Hepşirdə praymerizlərin keçirilməsi zamanı məlum olub.

Young qələbə şansının olmadığını söyləyib.

Öz növbəsində, Bennett ABC telekanalı tərəfindən yayımlanan çıxışı zamanı kampaniyanın dayandırılması qərarının məqsədəuyğun olduğunu bildirib.

Bununla da ABŞ-ın prezidenti vəzifəsinə demokrat namizədlərin sayı doqquza endirilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*