backend

İki qardaş ölkə - Qazaxıstan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçirilib

Konkret.az xəbər verir ki, Qazaxıstanın Ust-Kamenogorsk yaxınlığındakı Şığıs regional komandanlığının təlim poliqonunda bu ölkə ilə Pakistanın “DOSTARYM 2019” xüsusi təyinatlı döyüşçülərinin birgə təlimləri keçirilir.

Şərqi Qazaxıstan vilayətində təşkil edilən təlimlərdə döyüşçülər qanunsuz silahlı dəstələrin aşkarlanması, bloklanması və məhv edilməsi vəzifələrini yerinə yetiriblər. İlkin mərhələdə hərbi kontingentlərin birgə xüsusi əməliyyat təşkil etməsi və sonra kəşfiyyat və döyüş əməliyyatlarına davam etməsi lazımdır.

Təlimlərdə 200-dən çox hərbi qulluqçu, 30-a yaxın hərbi və xüsusi texnika, habelə ordu aviasiyası iştirak edib.

Beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində Qazaxıstan Silahlı Qüvvələri Orta Asiya Silahlı Qüvvələrinin bölmələri – Qırğızıstan, Özbəkistan və Tacikistan, habelə Rusiya, Belarusiya, Hindistan, Türkiyə və digər dövlətlərin silahlı qüvvələri ilə də birgə təlimlərdə daim iştirak edir. Təkcə ötən il Qazaxıstan hərbçilərinin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin sayı 10-dan çox olub.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*