Tovuz rayonunda bir ailənin üzvləri qəzaya düşüb.
KONKRET.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində baş verib.
Belə ki, “VAZ” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb. İlkin məlumata əsasən, qəzada ölən qadın Aşağı Quşçu kənd sakini 56 yaşlı Tağıyeva Rəna Fərman qızıdır.
Xəsarət alan şəxslər aşağıdakılardır:
1. 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu,
2. 2016-cı il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu,
3. 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğlu.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Həmin şəxslər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.

KONKRET.az
