İkili vətəndaşlığı olan özbəklər CƏZALANDIRILACAQbackend

İkili vətəndaşlığı olan özbəklər CƏZALANDIRILACAQ

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

İkinci vətəndaşlıq haqqında məlumat verməyən özbəklər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatı Fərxod Aşmatova istinadən xəbər verir.

Qeyd olunur ki, parlamentin aşağı palatası qanunvericiliyə ikili vətəndaşlıqla bağlı cinayətlərə görə inzibati cəza nəzərdə tutulan dəyişiklikləri qəbul edib.

Beləliklə, ikinci pasport alan özbəklərin bu barədə 30 gün ərzində məlumat vermələri tələb olunacaq. Əks halda onlar məsuliyyətə cəlb olunacaqlar. Ancaq onları tam olaraq nə gözlədiyi açıqlanmır.

Bundan əlavə, Özbəkistan vətəndaşlığından məhrum olan şəxslər pasportlarından və şəxsiyyət vəsiqələrindən istifadə etdiyinə görə də cəzalandırılacaq.

Qeyd edək ki, hazırda Özbəkistanda ikili vətəndaşlıq yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*