“Mən öz bədən quruluşumu sevirəm”: Georgina Rodrigez tənqidçilərə cavab Verdi – FOTObackend

“Mən öz bədən quruluşumu sevirəm”: Georgina Rodrigez tənqidçilərə cavab Verdi – FOTO

Kristiano Ronaldonun gələcək həyat yoldaşı Georgina Rodrigez xarici görünüşü ilə bağlı tənqidlərə cavab olaraq öz bədən quruluşundan məmnun olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, 32 yaşlı model sosial şəbəkədə ağ bikinidə çəkilmiş fotolarını paylaşaraq qadın bədənində yaş və doğuşdan sonra baş verən dəyişikliklərin təbii proses olduğunu vurğulayıb.

Georgina qeyd edib ki, qadınların bədəninin zamanla dəyişməsi həyatın bir hissəsidir və o, qızlarına da bu barədə düzgün nümunə göstərmək istəyir.

“Bədənim bütün qadınların bədəni kimi dəyişəcək. Ümid edirəm ki, bu, uzun illər davam edəcək, çünki bu, hələ də yaşadığım anlamına gəlir. Onlara öyrətmək istədiyim ən vacib şey odur ki, insanın dəyəri heç vaxt onun görünüşündən və yad insanların fikrindən asılı ola bilməz”, – deyə Rodrigez bildirib.

Model etiraf edib ki, sosial şəbəkələrdəki sərt tənqidlər onu narahat edib. O bildirib ki, mediada görünmək onun peşəsinin bir hissəsidir və buna görə xarici görünüşü ilə bağlı fikirlər ona təsir edir.

Georginanın sözlərinə görə, bu mövzuda Kristiano Ronaldo ilə danışıb. Futbolçunun ona “Sən görünüşünə görə yaşamırsan, sən olduğun insan sayəsində yaşayırsan. Sən ideal qadınsan, gözəlsən, yaxşı anasan, uğurlusan və sevgi ilə yaşayırsan” cavabını verdiyini bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo və Georgina Rodrigezin toy mərasiminin bu həftə futbolçunun doğulduğu Portuqaliyanın Madeyra adasının Funşal şəhərində keçiriləcəyi bildirilir.

Toy mərasiminin Funşal kafedralında baş tutacağı, bayram qəbulunun isə beşulduzlu Savoy Palace otelində keçiriləcəyi qeyd olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*