“Qraparak”: Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyibbackend

“Qraparak”: Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyib

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən kənarlaşdırılması məsələsinin gündəmə gəldiyi iddia olunur.

KONKRET.az xəbər verir ki, “Qraparak” qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən yazır ki, Baş nazir Nikol Paşinyan Papikyanı yenidən müdafiə naziri təyin etsə də, ordudakı vəziyyətlə bağlı onun fəaliyyətindən ciddi narazıdır.

Nəşrin məlumatına görə, Paşinyanla Papikyan arasında sərt söhbət baş tutub. Hakim komanda daxilində isə hətta müdafiə nazirinin parlament spikeri Alen Simonyanın taleyi ilə üzləşə biləcəyi barədə fikirlər səsləndirilib.

Lakin iddiaya görə, Paşinyanın bu addımı atmaq üçün uyğun namizədi olmadığına görə belə qərar verməyib.

“Qraparak” yazır ki, baş nazirin narazılığı əsasən ictimai tənqidlər fonunda yaranıb. Son dövrlərdə orduda sülh şəraitində baş verən ölüm hallarının artması ilə bağlı müzakirələr fonunda Paşinyan müdafiə nazirinə irad bildirib.

İddialara görə, Paşinyan qeyd edib ki, hazırda müharibə yoxdur və Müdafiə Nazirliyi əsas diqqəti hərbçilərin mənəvi-psixoloji vəziyyətinə, daxili intizama və xidmət şəraitinə yönəltməlidir.

Qəzet həmçinin iddia edir ki, Müdafiə Nazirliyi orduda ölüm halları ilə bağlı real statistik məlumatları tam açıqlamır, bəzi hadisələri gizlədir və yalnız mediaya sızan hallarla bağlı məlumat verir.

Müdafiə Nazirliyinin isə bəzi ölüm hallarını hərbi xidmətlə bağlı olmayan hadisələr kimi təqdim etdiyi bildirilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*