İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı – Özündən AÇIQLAMAbackend

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı - Özündən AÇIQLAMA

Bir neçə gün əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşlarla növbəti qəbulunu keçirib.

KONKRET.az xəbər verir ki, 7-ci mikrorayonda baş tutan görüş kuryoz hadisə ilə yadda qalıb. Belə ki, iddiaya əsasən, icra başçısı ilə görüşə vətəndaşların əvəzinə Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları gətirilib. Hətta iki nəfər süpürgəçi də qəsəbə sakini kimi təqdim olunublar.

Məlumata görə, sonradan sosial şəbəkələrdə 7-ci mikrorayon sakinləri buna etiraz edərək görüşün onlardan xəbərsiz keçirildiyini, onların əvəzinə isə “JEK” əməkdaşlarının iştirak etdiyini sərt tənqid ediblər. Onlar çıxış edən həmin süpürgəçilərin də adıçəkilən ərazidə yaşamadığını iddia ediblər.

Manset.az məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə əlaqə saxlayıb. O, bu barədə məlumatı təkzib etməyib:

“Mən sizdən xahiş edirəm ki, bizim İctimai-siyasi və humanitar məsələlər sektoru ilə əlaqə saxlayın. Onlar buna cavab verə bilməsələr, məndən soruşacaqlar. Mən də hansı məlumat lazım olsa, bildirəcəyəm.”

     
  • Xəyalə
    Avqust 6, 2026 - 10:02

    Günel Gərək problemi olan qəbula yazıla da kim kimi oturduğu yerdə çağırır ki qəbula yazılan gərək ola ki çağırıla.

  • Nişat
    Avqust 6, 2026 - 17:56

    Bu görüşlər sakinlərin problemlərinin həlli üçün təşkil olunmur. Bu sadəcə olaraq 6 aydan bir hesabat xarakteri daşıyır. Fotolar çəkilir və hesabata əlavə edilib icra hakimiyyətinin saytına qoyulur. Seçkilərdə həmişə JEK işçilərini karuselə qoşanlara sakinlərin problemləri maraqlı deyil

  • Ümidvar
    Avqust 7, 2026 - 11:34

    Bineqedi Rayonu icra hakimyeti Elxan Allah verdiyev oz salahiyetlerni yerine yetrmir bir qazi olaraq o menim prablemimi hell etmedi

  • Mən
    Avqust 7, 2026 - 12:32

    Vallah hal hazırda hər şey,yalan,fırıldaq,sadə əhaliniallatmaq üzərində qurulub.Üstü bəzək,altı təzək siyasəti baş alıb gedir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*