Ermənistanın cənubunda beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Aqarak–Qacaran avtomobil yolunun 32 kilometrlik hissəsinin tikintisi davam edir.
KONKRET.az bakupost-a istinadən xəbər verir ki, bu barədə görüntülər “Azad İran” Teleqram kanalında paylaşılıb.
Məlumata görə, yol İran şirkəti tərəfindən inşa olunur. Layihənin tamamlanmasından sonra İranın cənub limanları ilə Qara dəniz limanları arasında yükdaşımalarının daha sürətli və intensiv həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, yeni marşrut İranın alternativ nəqliyyat dəhlizləri əldə etməsinə, eyni zamanda yükdaşımalarında Azərbaycan və Türkiyə üzərindən keçən marşrutlardan asılılığını azaltmasına xidmət edəcək.
