İspaniya millisinin və “Barselona” klubunun yarımmüdafiəçisi Qavi verdiyi sözü yerinə yetirib.
KONKRET.az xəbər verir ki, futbolçu saçlarını çəhrayı rəngə boyayıb.
Qavi daha əvvəl İspaniya millisinin dünya çempionu olacağı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağına söz vermişdi.
Milli komandanın uğurundan sonra 21 yaşlı futbolçu vədinə sadiq qalaraq yeni görünüşünü nümayiş etdirib. Onun imic dəyişikliyi sosial şəbəkələrdə azarkeşlərin marağına səbəb olub.
Natiq Səlim,
KONKRET.az
