Moldovanın Fransadakı səfiri Lorina Bəlteanu ölkənin müstəqilliyinin 35 illiyi münasibətilə Eyfel qülləsinin Moldova bayrağının rəngləri ilə işıqlandırılması məqsədilə ianə kampaniyasına start verib.
KONKRET.az xəbər verir ki, kampaniya çərçivəsində 25 min avro vəsait toplanması nəzərdə tutulur.
Məlumata görə, toplanacaq vəsait Eyfel qülləsinin xüsusi işıqlandırılması xərclərinin qarşılanmasına yönəldiləcək.
Bu təşəbbüs sosial şəbəkələrdə və siyasi dairələrdə müxtəlif reaksiyalar doğurub. Tənqidçilər Avropa İttifaqına üzvlüyə namizəd ölkənin belə bir simvolik tədbir üçün ianə toplamasını müzakirə mövzusuna çeviriblər.
Qeyd edək ki, Moldova hazırda Avropa İttifaqına namizəd ölkə statusuna malikdir.
Natiq Səlim,
KONKRET.az

