backend

"İlham Əliyev ölkəsinin əsl prezidentidir və o, heç kimdən qorxmur" - Poqosyan - VİDEO

“İlham Əliyev ölkəsinin əsl prezidentidir və o, heç kimdən qorxmur”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçi Vladimir Poqosyan deyib.

“Əgər Əliyevdən danışırıqsa, demək lazımdır ki, o, ölkəsinin əsl prezidentidir. Nə desək, azərbaycanlıları bəyənsək də, istəməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır. Və öz dövləti baxımından Azərbaycan tarixinə düşəcək. Bizim siyasətçilərdə Əliyevlərdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun illərdir deyirəm.

Əliyev nə Vardanyandan, nə də Paşinyandan qorxur. O, nədən qorxmalıdır? Bu mənə Stalinə Papa haqqında danışılan bir hekayəni xatırladır.

Ona deyirlər, Papa çox güclüdür. Stalin soruşur: Papanın neçə diviziyası var?

Bizdə necədir? Vardanyanın neçə diviziyası var? Bəs Paşinyanın? Ona görə də Əliyevin Paşinyandan da, Vardanyandan qorxacağı bir şey yoxdur”, – deyə Poqosyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*