Yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, yarımkölgəli Ay tutulması saat 05:23-də, qismən tutulma saat 06:33-də başlayıb.
Maksimum tutulma saat 08:12-də olub. Qismən tutulma saat 09:51-də, yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.
Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünüb. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-dək – Ay batana qədər müşahidə etmək mümkün olub.
