İlon Mask Böyük Britaniyanı almağın neçəyə başa gələcəyini soruşub – FOTObackend

İlon Mask Böyük Britaniyanı almağın neçəyə başa gələcəyini soruşub - FOTO

Amerikalı milyarder və sahibkar İlon Mask Böyük Britaniyanı hansı məbləğə almağın mümkün olduğunu soruşub.

KONKRET.az xəbər verir ki, Mask bu sualı satirik The Babylon Bee nəşrinin paylaşımına reaksiya olaraq verib. Paylaşımda milyarderin “söz azadlığını təmin etmək” üçün Böyük Britaniyanı satın aldığı barədə zarafat edilib.

Mask isə paylaşımın şərh bölməsində “Bu neçəyə başa gəlir?” yazıb.

Qeyd edək ki, The Babylon Bee satirik nəşrdir və Maskın Böyük Britaniyanı həqiqətən satın almaq niyyətində olduğuna dair heç bir məlumat yoxdur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*