İlon Mask İsrail prezidenti ilə görüşəcəkbackend

İlon Mask İsrail prezidenti ilə görüşəcək

Tesla və SpaceX şirkətinin  baş direktoru İlon Mask İsrail prezidenti İsaak Hersoqla görüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Maskın səfəri Qəzza zolağında 4 günlük atəşkəsə təsadüf edir və bu müddət ərzində 240 girovdan 40-ı azad edilib.

İsrailin mediası Maskın baş nazir Benyamin Netanyahu ilə də görüşəcəyini bildirib.

Sentyabrın 18-də Kaliforniyada Netanyahu Maskla görüşüb və onu X-də antisemit məzmunla bağlı davam edən mübahisələrdən sonra azad sözü qorumaq və nifrət nitqi ilə mübarizə arasında balans tapmağa çağırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*