İmişlidə avtomobil dirəyə çırpıldı – Yaralılar varbackend

İmişlidə avtomobil dirəyə çırpıldı - Yaralılar var

İmişli rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 18 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər – Abbasov Ümüd Namiq oğlu və Fətullayev Orxan Vüqar oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*