Turizmin qarşısındakı  maneələr… – İnkişaf üçün nə lazımdır?backend

Turizmin qarşısındakı maneələr... – İnkişaf üçün nə lazımdır?

Turizm sektoru ölkə iqtisadiyyatının şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbii gözəllikləri turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bununla belə, mövcud potensialdan səmərəli istifadə, xidmət keyfiyyətinin yüksəldilməsi, infrastrukturun təkmilləşdirilməsi və turistlər üçün daha əlçatan şəraitin yaradılması əsas prioritetlərdəndir. Bəs Azərbaycanda turizmin inkişafını sürətləndirmək, xarici və yerli turistlərin marağını artırmaq, eləcə də bu sahənin iqtisadiyyata töhfəsini genişləndirmək üçün hansı addımlar atılmalıdır?

Mövzunu KONKRET.az-a şərh edən turizm eksperti Samir Dübəndi bildirib ki, turizm sahəsində əsas məsələ yalnız monitorinqlərin sayını artırmaq deyil. Xidmət keyfiyyəti kadr hazırlığı, standartlar, istehlakçı hüquqlarının müdafiəsi, şəffaf qiymət siyasəti, sağlam rəqabət və real nəzarət mexanizmlərinin birlikdə işləməsindən asılıdır:

Payızda hara səyahət edək? – Ekspertlərdən məsləhət » Azxeber.com  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

“Dövlət Proqramının özündə də turistlərin gözləntiləri ilə real təcrübələri arasında xüsusilə qiymət, gigiyena və müştəri xidməti üzrə fərqlərin olduğu qeyd edilir və bunun tənzimləmə, nəzarət və kadr hazırlığının gücləndirilməsini tələb etdiyi göstərilir. Festivalların və digər kütləvi turizm tədbirlərinin artırılması faydalı alətdir, lakin onlar özlüyündə turizmin inkişafı üçün kifayət deyil. Festival yalnız nəqliyyat əlçatanlığı, hotel və restoran infrastrukturu, düzgün marketinq, münasib qiymətlər, yerli turizm məhsulları və tədbirdən əvvəl və sonra turistin regionda qalmasını təmin edən proqramlarla əlaqələndirildikdə davamlı iqtisadi nəticə yarada bilər. Dövlət Proqramında da qastronomiya festivalları və turizm əhəmiyyətli tədbirlərin təşviqi nəzərdə tutulur, lakin bunlar daha geniş turizm siyasətinin yalnız bir hissəsidir”.

Ekspert əlavə edib ki, turizm mahiyyət etibarilə qurumlararası sahədir. Nəqliyyat, iqtisadiyyat, miqrasiya, gömrük, ekologiya, mədəniyyət, yerli icra strukturları və özəl sektor arasında davamlı koordinasiya olmadan bir qurumun fəaliyyəti kifayət etmir:

“Eyni zamanda, turizm sahəsində dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının, Dövlət Turizm Agentliyinin qarşıya qoyulan məqsədləri reallaşdırmaq üçün yetərli institusional imkanlara, eləcə də işlək dövlət–özəl və dövlət–ictimai əməkdaşlıq mexanizmlərinə malik olması vacibdir. Məhz bu baxımdan Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” yeni mərhələ üçün mühüm çərçivə yaradır. Proqram qurumlararası koordinasiyanın, tənzimləmə və nəzarət mexanizmlərinin, xidmət keyfiyyətinin, kadr potensialının, marketinqin və dövlət–özəl əməkdaşlığının təkmilləşdirilməsini sistemli şəkildə nəzərdə tutur. Əsas məsələ artıq bu tədbirlərin vaxtında, əlaqələndirilmiş və ölçülə bilən nəticələrlə icrasıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*