İmişlidə toy karvanında qəza baş verib, xəsarət alanlar var.
KONKRET.az-ın məlumatına görə, gəlin gətirməyə gedən minik avtomobillərindən biri anidən idarəetməni itirib və yolun kənarına aşıb.
Qəza nəticəsində rayonun Boşcalılar kənd sakinləri, 1998-ci il təvəllüdlü Nəsirov Sevindik Məhərrəm oğlu və 1999-cu il təvəllüdlü Şükürlü Cavid Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.“Report”
