Pakistanın keçmiş Baş naziri İmran Xan dövlət sirrini yaydığına görə ömürlük həbs və ya edam oluna bilər.
KONKRET.az xəbər verir ki, bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib.
“İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb Rəsmi sirlər haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – Abbasi deyib.
Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan xüsusi məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. Bu işdə təqsirləndirilən digər şəxs keçmiş xarici işlər naziri Şah Mehmud Qureşidir.
Burhan,
KONKRET.az
