ABŞ prezidenti Co Bayden Arlinqton Milli Məzarlığında keçirilən Anım Günündə Pentaqonun rəhbəri Lloyd Ostinin çıxışı zamanı yuxulayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Nəşr qeyd edib ki, ətrafdakılar Baydenin ağzından tüpürcək gələcəyindən narahat olublar.
“Baxın, Bayden yatır. Onun gözləri təxminən 30 saniyədir, bağlanıb. Sizcə, media bundan istifadə edəcəkmi? Onun ağzından su axmağa başlayacaq – Baydeni oyadın!”, – yayılan videonun fonunda səs eşidilir.
Video “X” sosial şəbəkəsində eyni anda bir neçə kanal tərəfindən yayımlanıb. Videodan görünür ki, Bayden yarım dəqiqədən çox gözləri bağlı halda olub.
Xatirə SADİQ,
KONKRET.az
