Üç aya yaxındır Bakı həbsxanasında olan terrorçu Vaqif Xaçatryan məhkəmədən bir gün əvvəl qohumlarına zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə onun qızı Tsovinar Xaçatryan NEWS.am-ın müxbiri ilə söhbətində danışıb.
“Məhkəmədən sonra atadan xəbərimiz yoxdur. Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları vasitəsilə onunla telefon danışığı apardıq. O, çox narahat idi, indi harada olduğumuzu soruşdu, dedi ki, məhkəmə keçirilməlidir”, – Tsovinar Xaçatryan deyib.
