İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olundu – SƏBƏB?backend

İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olundu - SƏBƏB?

İndoneziyalı turistlərin Azərbaycana cəlb edilməsi üçün onlara təqdim edilən turpaketlər siyahısına Ümrə ziyarət paketlərinin də əlavə edilməsi təklif olunub.

KONKRET.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyində Dövlət Turizm Agentliyinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən videokörpüdə deyilib.

Videokörpüdə indoneziyalı turistlərin Azərbaycan və onun görməli yerləri haqqında daha geniş məlumatlandırılması məqsədilə İndoneziyanın turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili də müzakirə olunub.

Videokörpüdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə yanaşı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, qarşı tərəfdən isə İndoneziyanın Turizm Nazirliyinin, Dini İşlər və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*