İngiltərə kraliçası II Yelizaveta qərar verdi – Dünyanın diqqətini özünə çəkdibackend

İngiltərə kraliçası II Yelizaveta qərar verdi – Dünyanın diqqətini özünə çəkdi

Kraliça Baş nazir Boris Consonun parlamentin tətil tələbinj qəbul edib. Konkret.az xəbər verir ki, kraliçanın qərarına əsasən parlament 9 sentyabr – 14 oktyabr arasında tətilə buraxılıb. Tələbin təsdiqlənməsi ilə Consonun əsassız Brexitin qarşısını almaq üçün parlamentin qanun qəbul etməsinə mane olması mümkün oldu. Ana müxalifətçi İşçi Partiyasının lideri Ceremy Corbin vurğulayıb ki, “Mən Conson hökumətinin ehtiyatsızlığından dəhşətə gəldim. Bu, zülm və demokratiyamıza təhdiddir”.

Parlamentin aşağı qanadındakı İcmalar Palatasının rəhbəri Con Bercov parlamentin tətilini “konstitusiya zorakılığı” olaraq xarakterizə edib. Bercovun sözlərinə görə, təşəbbüsün məqsədi parlamentin Brexit barədə müzakirə etməsinə mane olmaqdır.

İngiltərənin müxalifət partiyaları Consonun ölkəni AB-dən razılaşmadan ayrılmasının qarşısını almaq üçün parlamentdə qanun qəbul etmək üçün öz aralarında danışıqlar aparır.

Keçmiş baş nazir Teresa Mayın AB ilə əldə etdiyi Brexit razılaşması parlamentdə üç dəfə rədd edilib. İngiltərə parlamenti qanunlar qəbul edərək 29 martda əsassız Brexitin qarşısını alıb və hökumət AB-nin təsdiqi ilə Brexiti 31 oktyabr tarixinə təxirə salıb. Qeyd edək ki, 2016-cı il referendumunda İngiltərə AB-ni tərk etmək qərarı vermişdi.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*