İnsanları məftun edən bloger qız ifşa oldu – VİDEObackend

İnsanları məftun edən bloger qız ifşa oldu - VİDEO

KONKRET.AZ xəbər verir ki, Lisı Linin Çin məşhur sosial şəbəkəsi olan Weiboda 1,1 milyon abunəçisi var. Qız bu platformada dəbdəbəli həyatının fotolarını pərəstişkarları ilə bölüşür, milyonların diqqət mərkəzində qalmağı xoşlayır. Lakin görünən parıltının arxasında çox xoşagəlməz şəkillərin ortaya çıxması pərəstişkarlarını şoka salıb.

Çinin Siane şəhərində tanınmış blogerə mənzili kirayə verən Çen adlı ev sahibəsi qızın gizli faş edərək onu rüsvay edib. Məlum olub ki, qız kirayə qaldığı evin kommunal xərclərini uzun müddət ödəməyib. Bununla bağlı ev sahibəsinin zənglərinə də cavab verməyib. Evin sahibəsi nə baş verdiyini anlamaq üçün Lisının qaldığı mənzilə gəlib və dəhşətli mənzərədən təəccübünü gizlətməyib.

Gözəl blogerin qaldığı mənzil iyrənc bir vəziyyətə salınıb. Hər yerdə kir-pasaq, zibil, çürümüş və iy vermiş yemək və it nəcisi… Çen bu mənzərəni videoya çəkərək sosial şəbəkədə yerləşdirib. Onun dediyinə görə, hətta təmizlik şirkətləri də bu mənzili təmizləməkdən imtina ediblər.

Video blogerin fanatlarını da şoka salıb. Elit restoranların və lüks tətillərin şəkillərini öz məftunedici blogerinin hesablarında görməyə alışmış izləyicilər qızın saxta həyatı ilə bağlı mənfi rəylər yazmağa, səhifəsindən abunəçilikdən imtina etməyə başlayıblər.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*