Cənubi Koreya Respublikasında intensiv yağışın səbəb olduğu sürüşmə və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər itkin düşüb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə 1500-dən çox insan müvəqqəti dislokasiya məntəqələrinə yerləşdirilib.
Məlumata görə, Çunçonqbukto əyalətində 6400-dən çox sakin təxliyə edilib.
Koreya Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, iyulun 13-dən etibarən bir sıra bölgələrə 400 mm-dən çox yağıntı düşüb.
