“İrəvan Azərbaycan silahlı qüvvələrinin Şuşanı ələ keçirməkdə olduğunu bildirib”.
KONKRET.az xəbər verir ki, bu barədə “İNTERFAX.ru” İnformasiya Agentliyi Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyana istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Ordusu Şuşaya gedən yolları nəzarətə götürüb. Portal daha sonra yazır ki, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın Şuşa şəhərini ələ keçirmək üçün yeni qüvvələri bir araya gətirir.
Surxay Atakişiyev,
KONKRET.az
