“Hərbi əməliyyatlar teatrı dəyişdi. İndi dağlıq və meşəlik bir ərazidir və bu cür şəraitdə hərəkət taktikası fərqlidir. Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının həyatını xilas etmək və hərbi əməliyyatları yerli xüsusiyyətlərə ən uyğun formata keçirmək bacarığını göstərdi. Ona görə də qış əməliyyatları Azərbaycan qoşunlarının hücum qabiliyyətinə təsir göstərməyəcək, irəliləmə tempi sadəcə dəyişəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Dünya Silah Ticarəti Analiz Mərkəzinin direktoru, politoloq İqor Korotçenko “NEWS.ru” nəşrinə müsahibəsində səsləndirib. Politoloq daha sonra “Azərbaycan tərəfi aktiv olaraq uğurlu metoddan-pilotsuz təyyarələrdən istifadəni davam edəcək. Qışda erməni qüvvələrinin meşəlik sahəni örtük kimi istifadə etməsi daha çətin olacaq, PUA-lar onları daha təsirli şəkildə aşkar edə biləcək və əvvəllər göstərilən hava üstünlüyü Azərbaycanda qalacaq. Azərbaycan Ordusunun zəfər yürüşünü kiçik erməni hərbi birləşmələri sadəcə ləngidə bilər. Bu, bir az vaxt aparacaq. Laçına nəzarəti ələ keçirmək və Laçın dəhlizini kəsməklə yanaşı Şuşanın azad edilməsi qaçılmazdır. Və qış dövrünün başlaması hərbi əməliyyatların gedişinə kritik təsir göstərməyəcəkdir”, – deyə o əlavə edib.
Surxay Atakişiyev,
KONKRET.az
