“ABŞ-ın İran ərazisinə zərbə endirəcəyi təqdirdə, qəti və güclü cavab veriləcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Dehqan səsləndirib.
O qeyd edib ki, Birləşmiş Ştatların mövqeyi onlar üçün hələ aydın deyil:
“İran müharibəyə can atmır, lakin maraqlarına zərər vurularsa, cavab vermək hüququnu özündə saxlayır”, – deyə Məhəmməd Dehqan əlavə edib.
Burhan,
KONKRET.az
