İran ABŞ-la münaqişəni Trampın prezidentlik müddətinin sonunadək uzada bilərbackend

İran ABŞ-la münaqişəni Trampın prezidentlik müddətinin sonunadək uzada bilər

İran ABŞ-la münaqişəni ABŞ Prezidenti Donald Trampın prezidentlik müddətinin sonunadək uzada və qarşı tərəfi tükəndirə bilər.

KONKRET.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəqdi PBS telekanalına müsahibəsində bildirib.

“Variantlardan biri bu müharibəni növbəti prezidentlik müddətinədək uzatmaq və düşməni tükəndirməkdir. Beləliklə, İrana hücum etmək istəyən hər kəs bunun əvəzini ödəməli olduğunu başa düşəcək”, – deyə Nəqdi bildirib.

İran rəsmilərinin münaqişənin uzadılmasına dair açıqlamaları ABŞ-la Tehran arasında danışıqların nəticəsiz qalması fonunda səslənir. Son günlər tərəflər arasında gərginlik davam edir və münaqişənin yaxın zamanda başa çatacağına dair aydın razılaşma əldə olunmayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*